Avstriyada Azərbaycan Mədəniyyəti Günləri başlayıb

Avstriyada Azərbaycan Mədəniyyəti Günləri başlayıb
29 may 2021
# 17:19

Avstriyanın Baden şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub.

Kulis.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi mədəniyyət günlərinin ilk konserti Baden Konqres salonunda baş tutub.

Konsertdən əvvəl giriş sözü ilə çıxış edən Baden Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer bildirib ki, təmsil etdiyi şəhərlə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq artıq ənənə halını alıb. Baden şəhərində Azərbaycan musiqisinə böyük həvəsin olduğunu bildirən H.-Q. Ramaxer koronavirus pandemiyası ilə əlaqədar mədəni tədbirlərinin bərpasından sonra ilk konsertin Azərbaycana həsr olunmasını da təsadüfi olmadığını diqqətə çatdırıb.

Mədəniyyət günləri çərçivəsində ilk konsertdə Əməkdar artist Şəhriyar İmanovun rəhbərliyi ilə trio çıxış edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Avropa bəstəkarlarının əsərləri etno-caz üslubunda ifa olunub.

Qeyd edək ki, Mədəniyyət Günləri çərçivəsində gənc və istedadlı pianoçu Etibar Əsədli solo konsertlə, eləcə də Şəhriyar İmanov triosu ilə konsertlər verəcək. Mədəniyyət Günlərinin yekun konserti isə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə yekunlaşacaq. Konsertdə Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edəcək, solistlər arasında Avstriyada yaşayan gənc Azərbaycan musiqiçiləri Mərziyyə Hüseynova (soprano), Orxan Cəlilov (tenor), Jalə Rəsulova (fortepiano) yer alacaqlar.

# 2823 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər