Arvadına bacı kimi baxan dostumun faciəsi

Arvadına bacı kimi baxan dostumun faciəsi
13 may 2020
# 11:00

Bir dostum var. Qəribə adamdı, bir də baxırsan bir ay yağlı əppək olub göyə çıxıb. Kimdən soruşuram hara itib, bilmirlər.

Bu günlərdə özü zəng elədi mənə. Dedi, görüşək, darıxmışam. Məhəllələrinin qabağında görüşdük. Nəsə, sözlü adama oxşayırdı. Di gəl dinmir, ara-bir qımışırdı.

Bilirdim ki, dostum evlənib. Anası ona kənddən qız gətirib. 17 yaşında yeniyetmə, gözü təzəcə açılan bir qız uşağı. Özü də dostumgilin qohumu idi. Bir ay olardı ki, kəbin kəsdirmişdilər. Toy eləməyə gücləri çatmayıb, eləcə qızı gətiriblər.

Dostum deyir, anamın badına getdim. Evlənmək istəmirdim, özü də bu qızla mənimki heç tutmur. İkimiz də fərqli adamlarıq. Deyirəm, daha gecdir, ər-arvad olmusunuz, nə edəsən, səninki də belə gətirdi.

Sən demə, dostum kəbinli arvadına əl də vurmayıb. Hərdən axşamlar qızı yaxınlıqdakı binaların arasında gəzdirir, elə bil, onu camaatdan gizlədirmiş. Eynən bacı kimi yanaşır arvadına.

Dostum heç cürə anasına qarşı çıxa bilməyib. Əlində işi-gücü də yox. Anası da düşünübmüş ki, evləndirim, özünə iş tapsın, adam olsun.

Mentalitetin amansız əməlləri bitmək bilmir. Kosmos dövrünə çatdıq, bir azdan səmalarda uçan maşınlar peyda olacaq, amma biz hələ də qızları, oğlanları yaxın qohumla, dostun oğlu ilə evləndirməkdən vaz keçmirik.

Kameranı qadınlara tuşlasaq onların bu cəmiyyətdə necə əzildiklərinin şahidi olarıq. Dəfələrlə qızı zorla sevmədiyi biri ilə evləndirirlər. Zaman keçir, qadının ərini aldatması kimi hadisələr eşidirik. Sonra da qadını damğalayırıq, şərləyirik, öldürürük.

Son günlər isə hamilə qadınların qətli xəbərlərini eşidirik. Dünən də qayın qardaşının hamilə qadınını qısqanclıq zəminində öldürüb.

Cəmiyyət əlində balta qadını fahişə elan edir. Əxlaqsız damğası vurur. Axı bu qadını siz bədbəxt etdiniz, istəmədən evləndirdiniz. Axı onun da ehtiyacları var. Seks də hava, su kimi bizim ehtiyacımızdır. Çingiz Aytmatovun “Cəmilə” povesti yadıma düşür. Əsərdə mentaliteti yıxıb dağıdan, məhv edən bir qadının obrazı vardı.

O qadın sevgini tapması nəticəsində öz adət-ənənələrini, dədə-babadan qalma milli düşüncə tərzini bir göz qırpımında kənara atdı.

Ancaq o, bununla yanlış bir şey etmirdi. Çoxları onun səhv addım atdığını söyləyib bunun üçün onu qınasalar da, Cəmilə, əslində, düşdüyü cəmiyyətə qarşı mübarizə apardı və çıxış nöqtəsini onun düşüncə tərzini yıxmaqda gördü.

Onlarla razılaşmadı, onları məğlub etdi.

Onun sevgisi cəmiyyətə olan qələbəsi idi.

Növbəti görüşümüzdə dostuma “Cəmilə” povestini aparacam. Onun özünü tapması, mentalitetin caynaqlarından çıxması üçün bu kitabı oxuması lazımdır.

# 94464 dəfə oxunub

Oxşar xəbərlər

Sənətkarlar parazitdir, şairləri şəhərdən qovun... - Dahi, yoxsa diktator?

Sənətkarlar parazitdir, şairləri şəhərdən qovun... - Dahi, yoxsa diktator?

15:00 1 fevral 2026
Sevgimin duet iddiası yalan çıxdı – Mahsun Kırmızıgülün menecerindən açıqlama

Sevgimin duet iddiası yalan çıxdı – Mahsun Kırmızıgülün menecerindən açıqlama

15:55 31 yanvar 2026
İbrani Bibliyasının ilk nüsxəsi, axirətə keçmək üçün sehrli mətnlər toplusu... - Dünyanın 7 qədim əlyazması

İbrani Bibliyasının ilk nüsxəsi, axirətə keçmək üçün sehrli mətnlər toplusu... - Dünyanın 7 qədim əlyazması

15:00 31 yanvar 2026
Bakıda Xalq artistinin oğlunu  döyən saxlanıldı

Bakıda Xalq artistinin oğlunu döyən saxlanıldı

12:37 31 yanvar 2026
"Bütün bunlar ya mənim başıma gəlib, ya da nə vaxtsa gələcək..." - Hekayə müzakirəsi

"Bütün bunlar ya mənim başıma gəlib, ya da nə vaxtsa gələcək..." - Hekayə müzakirəsi

12:00 31 yanvar 2026
Bakıda Xalq artistinin oğlunu döydülər

Bakıda Xalq artistinin oğlunu döydülər

11:18 31 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər