Anarın 20 yanvardan yazdığı yeni pyes səhnələşdirildi: Premyera olacaq

Anarın 20 yanvardan yazdığı yeni pyes səhnələşdirildi: Premyera olacaq
14 yanvar 2020
# 13:27

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “Şəhərin qış gecələri” tamaşası hazırlanıb.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur. Tamaşada Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov rol alıblar.

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov 30 il öncə xalqımızın yaşadığı böyük faciənin teatr səhnəsində anılmasının mühümlüyünü xüsusi qeyd edib:

“Son aylarda bütün qüvvəmizlə Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında “Şəhərin qış gecələri” tamaşasını hazırlayırıq. 20 yanvar faciəsindən otuz il keçib, bu dəhşətli faciə tarixdə silinməz izlər buraxıb və görünür burda da bir məntiq var ki, məhz 30 il sonra böyük yazıçımız Anar bu mövzuya müraciət edib.

Xatırladaq ki, ötən əsrin 80-ci illərində Anarın “Şəhərin yay günləri” əsəri mərhum rejissor Tofiq Kazımov tərəfindən səhnələşdirilib. “Şəhərin qış gecələri” pyesində isə qəhrəmanlar otuz il sonra 20 yanvar hadisələri zamanı bir yanvar axşamında məlum faciəni yaşayırlar.

Qeyd edək ki, tamaşanın premyerası yanvarın 18-19-na nəzərdə tutulub.

# 3149 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər