Alpay Azərin romanı çap olundu

Alpay Azərin romanı çap olundu
30 dekabr 2020
# 15:45

Yazıçı Alpay Azərin ilk romanı çap olunub.

Kulis.az xəbər verir ki, “Həyat epikrizi” adlanan roman “Qanun” nəşriyyatında çapdan çıxıb.

Sosial mövzulu əsərin əsas obrazı Murad iki yerdə işləyir, qazancı komforta yaxın həyat sürməyə imkan verir, amma eyni zamanda özündən qat-qat varlı dostundan pul umur və buna görə əzab çəkir. Sonra Murad elə bir ağır vəziyyətə düşür ki, əlindəki pul onun dadına çatmır, dostuna ağız açası olur. Səfil həyat sürən Qarabağ qazisi ilə tanış olan Murad ona maddi, pul yardımı etsə də, bir müddət sonra yaxşılıq etməkdən bezir. İnsanın borc alıb qaytara bilməməsindən, eyni zamanda yaxşılıq etməkdən bezməsindən, bir sözlə, insanın maddi nəsnələrdən asılılığından bəhs edən “Həyat epikrizi” müəllifin ilk romanıdır.

Qeyd edək ki, Alpay Azərin buna qədər hekayələrdən ibarət 2 nəsr kitabı (“Şax yeriyənlər” və “Yazıçı və arvadı”) çapdan çıxıb.

# 4102 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər