Almanlara tabe olmadığı üçün güllələnən 10 azərbaycanlı: Onlar kimlərdir? - Yeni fakt

Almanlara tabe olmadığı üçün güllələnən 10 azərbaycanlı: Onlar kimlərdir? - Yeni fakt
17 avqust 2020
# 10:55

Fransada yaşayan azərbaycanlı naşir, yazar Nicat Kazımov İkinci Dünya müharibəsi ərəfəsində baş vermiş dəhşətli faktı ictimailəşdirib.

Kulis.az xəbər verir ki, Nicat Kazımovun təqdim etdiyi yeni faktda qeyd olunur ki, ikinci dünya müharibəsində almanlar tərəfindən əsir götürülmüş 394 sovet əsgərlərinin içində olan 10 nəfər Azərbaycanlı almanlar tərəfə keçmədiyi üçün güllələnib.

"Onları Strasburqa 1 saat məsafədə Fort De Mutzig adlanan yeraltı nasist hərbi düşərgəsinə gətiriblər. Orada bu 10 nəfərə almanlar tərəfə keçməsi tələb olunub, əks təqdirdə öldürüləcəklərmiş. 10 əsgərimiz bu təklifi rədd ediblər və elə həmin yerdəcə güllələniblər. Almanlar bu hadisələri sənədləşdirib. Həmin sənədlər isə hazırda məndədir. Bu qəhrəmanların ikisi yaşadığım şəhərin qəbrstanlığındadır. Qəbrstanlıq-qəbrstanlıq gəzirəm və hamısını tapmağa çalışıram. Bəlkə hansılarsa sovet dövründə Azərbaycana gətirilib".

Nicat Kazımov onu da qeyd edib ki, o, artıq fransız peşəkar yoldaşları ilə sənədli film hazırlayır.

"Sənədləri göstərən kimi təklifimi qəbul etdilər. Heç vaxt ailələri onların Fransada olduğunu bəlkə də bilməyib. Bu səbəbdən facebookda adları paylaşmaqla qəhrəmancasına həlak olmuş qürbətdə dəfn olunan əsgərlərimizi həm ailələrinə qovuşdurmaq istəyirəm, həm də sənədli filmdə onlarla müsahibə etmək istəyirəm.

Adlar:
1. Mirzə Abdullayev 1907-1944
2. Molla Hüseynov 1905-1943
3. Məhərrəm Ələkbərov 1906-1943
4. Fiodor Fokin 1911-1943
5. Bədəl Yusibov 1919-1944
6. Xıdır Quliyev 1916-1943
7. Müxlis Məmmədzadə 1902-1942
8. Məmməd Seyidov 1907-1943
9. Rza Hüseynov 1905-1943
10. Səfər Həsənov 1906-1943

Nicat Kazımov güllələnən şəxslərin nəvələri, yaxınları ilə əlaqəsi olan şəxslərdən bu işdə yardımçı olmalarını xahiş edirb.

# 3883 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər