Akademik Musiqili Teatr növbəti ilkə imza atdı - Video

Akademik Musiqili Teatr növbəti ilkə imza atdı - Video
28 yanvar 2021
# 18:01

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə “Sarı gəlin” mahnısına kompazisiya hazırladı.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, dünya şöhrətli musiqiçi, bəstəkar Sami Yusifin ifasında səslənən "Sarı gəlin" xalq mahnısı əsasında balet kompozisiya hazırlayıb.

Layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.

Quruluş verdiyi balet kompozisiyanın həm də ifaçısı olan Əməkdar artist Emin Əliyev layihə barəsində bəzi maraqlı məqamları açıqlayıb: "Bildiyimiz kimi, bədnam qonşularımız hər zaman bu mahnını mənimsəməyə, özününküləşdirməyə çalışıb. Kompozisiyanın əvvəlinin ingilis, sonradan isə ana dilimizdə ifa olunub.

Qeyd edək ki, indiyə qədər geniş auditoriyalarda bir nəfərin – yəni Sarı gəlinin rəqsi kimi təqdim olunan bu möhtəşəm musiqi heç vaxt rəqqaslar tərəfindən duet şəklində ifa olunmayıb. Bu bir ilkdir.

Biz bu ifada istedadlı balet artistimiz Mələkxanım Səfərova ilə birlikdə milli rəqslərimizin bütün incəliklərini qorumağa, bütün jest və rəqs hərəkətlərimizi mahnının sözlərinə uyğunlaşdırmağa çalışmışıq... Ümidvaram ki, milli rəqslərimizin bu formatda təbliği uğur qazanacaq. Mahnının ingilis dilində səslənməsi də məhz bu amala xidmət edir.

# 3084 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər