16 yaşlı qızı qaçıran, məscidin 20 min pulunu oğurlayan dələduz axund kimə güvənir?

16 yaşlı qızı qaçıran, məscidin 20 min pulunu oğurlayan dələduz axund kimə güvənir?
21 iyun 2025
# 12:37

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bu günün səhərini də təəssüf ki, qaramat bir xəbərlə açdıq: Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinin imamı Axund Turab məscidə Quran kursuna gələn 16 yaşlı qızı qaçırıb. Azmış kimi, üstəlik məscidin 20 min manatını da ələ keçirib, yoxa çıxıb.

Bizə əsrlər boyu öyrədilən odur ki, din insanı əxlaqa, ədalətə və vicdana dəvət edən müqəddəs bir yol, dini rəhbərlər isə bu yolun qoruyucusu, əxlaq timsalıdır. Amma görünür, bizim “mübarək” axundun yol göstəriciliyi bir qədər fərqlidir — qız qaçırmaq və məscid üçün ayrılan vəsaitləri şəxsən mənimsəmək. Dələduz axund öz “cahil cəsarəti”nə o qədər qapılıb ki, deyəsən, zaman anlayışı da təhrif olunub. O, orta əsrlərin teokratik monarxiyasında deyil, dünyəvi, hüquqi bir dövlətdə yaşadığını da unudub. Məsələnin gedişatından aydın olur ki, bəzi fərdlərin məsuliyyətsizliyini, vicdansızlığını nə dini baxışlar tərbiyə edə bilmir, nə də müqəddəs Quran...

Cəmiyyətin həssas yanaşdığı sahələrdə belə hadisələrin baş verməsi isə xüsusilə kəskin reaksiyalar doğurur və doğurmalıdır.

Məni düşündürən bir məqam var, əcəba, müasir dövrümüzün “Şeyx Nəsrullah”ı məscidin pulunu cibinə qoyub, valideynlərinin də etibar edib Quran öyrənməyə göndərdiyi həddi-büluğa çatmamış qızı qaçırarkən düşünməyibmi ki, çox uzağa gedə bilməyəcək? Bu ölkənin yazılmış qayda-qanunları, eləcə də yazılmamış əxlaq qanunları səni o yolun başındaca yaxalayacaq axı...

Aydın məsələdir ki, dövlət hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək və “imam” qanunlara müvafiq şəkildə cəzasını alacaq, bəs bundan sonra imanına güvənib getdiyi imama olan inamı qırılan, həyatı qaralan o azyaşlı qızın travmasını hansı dini baxışlar sağalda biləcək?

Hadisə cəmiyyətə ciddi mesaj verir: hər bir insan, xüsusilə də dini təmsil edən nümayəndələr daşıdıqları vəzifənin məsuliyyətini unutmamalıdır.

Hadisənin ikinci bir “incə” tərəfi - 20 min manatlıq büdcənin “möcüzəvi şəkildə” yoxa çıxması isə göstərir ki, dini idarəçilik sistemində olan ciddi çatışmazlıqlar da yenidən gözdən keçirilməlidir.

Bu xəbər təkcə bir ailənin fərdi faciəsi deyil, eyni zamanda etimadın, məsuliyyətin və insanlıq dəyərlərinin ciddi sarsıntısıdır.

Bu sarsıntıların təkrarlanmaması isə təkcə dövlətin deyil, həm də ailələrin, valideynlərin məsuliyyətidir. “Din, iman” deyib qaça-qaça övladlarını təslim etdikləri yerdəki heç də hər kəs “imam övladı” olmur. Ruhanilərə, din xadimlərinə cəmiyyətin göstərdiyi hörmət və inamın necə sui-istifadə oluna biləcəyinin “canlı nümunəsi” bunu göstərdi. Övladlarınızı gözüyumulu hara gəldi aparıb təslim eləməyin, düşünün, sorğulayın, diqqətli olun. Müqəddəs Qurani-Kərimin surələrində ən çox təkrarlanan ayələrdən biri də budur: “Heç düşünmürsənmi?..”

# 498 dəfə oxunub

Oxşar xəbərlər

Polşa muzeyləri təxliyə edəcək  – Rusiya ilə müharibə olarsa...

Polşa muzeyləri təxliyə edəcək – Rusiya ilə müharibə olarsa...

16:15 21 iyun 2025
Həbsxana, anoreksiya və... - Fenomen Nihal Candanın faciəvi ölümünün səbəbi nə idi?

Həbsxana, anoreksiya və... - Fenomen Nihal Candanın faciəvi ölümünün səbəbi nə idi?

16:10 21 iyun 2025
"Məscid tikəcəyik" deyib pul yığanlar – Quldurları niyə sevirik?

"Məscid tikəcəyik" deyib pul yığanlar – Quldurları niyə sevirik?

16:10 21 iyun 2025
“Başlıbel: mühasirə gündəliyi”  filminin premyerası keçiriləcək

“Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək

15:53 21 iyun 2025
Çap və onlayn media ilə bağlı müsabiqənin nəticələri açıqlandı

Çap və onlayn media ilə bağlı müsabiqənin nəticələri açıqlandı

15:07 21 iyun 2025
“Şah Namə Abbas” tamaşasının premyerası olacaq

“Şah Namə Abbas” tamaşasının premyerası olacaq

14:30 21 iyun 2025
#
#
# # #