“Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək

“Başlıbel: mühasirə gündəliyi”  filminin premyerası keçiriləcək
21 iyun 2025
# 15:53

İyunun 24-də Azərbaycan Kinematoqrafçılar İttifaqı araşdırmaçı-jurnalist Elxan Salahovun ssenarisi əsasında Pərviz Həsənovun rejissorluğu ilə çəkilmiş "Başlıbel: mühasirə gündəliyi" tammetrajlı sənədli filminin premyerasını keçirəcək.

Kulis.az xəbər verir ki, film 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni silahlı qüvvələrinin rayonun Başlıbel kəndində törətdiyi kütləvi qətliamdan bəhs edir.

Filmin süjeti Birinci Qarabağ müharibəsi dövründə baş vermiş hadisələr əsasında qurulub. Rayonun işğalı zamanı doğma yurdunu tərk etmək imkanı olmayan Başlıbel sakinləri xilas olmaq üçün kəndin ətrafındakı kahalarda məskunlaşır. Aprelin 18-də düşmən onların sığındıqları kahaların yerini müəyyənləşdirərək əliyalın insanları gülləbaran edir. Gecənin yarısınaqədək davam edən silahlı basqın zamanı qaçıb canını qurtaran 30 nəfər dağlarda-daşlarda gizlənərək mühasirə həyatını 113 gün davam etdirir. Dörd aya yaxın davam edən ölüm-dirim mübarizəsindən sonra kahada məskunlaşan 29 nəfər sakin dağ yolları ilə Daşkəsən rayonuna çatır. Bir nəfər - 75 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov isə "Barırıtlı kaha" adlanan sığınacaqda qalmağı daha üstün tutur.

Xatırladaq ki, "Başlıbel mühasirə gündəliyi" sənədli filmi 2022-ci ilin yayında çəkilib. “Telefilm” İstehsalat Birliyinin Elxan Salahovun Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" kitabının motivləri əsasında ekranlaşdırdığı film ilk dəfə kinoteatrlarda tamaşaçılara təqdim olunacaq.

Ümumi metrajı 104 dəqiqə olan 4 hissəli sənədli film “Cinemastercard” kinoteatrlar şəbəkələrində nümayiş ediləcək.

# 676 dəfə oxunub

Oxşar xəbərlər

20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı

20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı

17:50 19 yanvar 2026
"Star Wars"un prezidenti vəzifəsindən ayrıldı

"Star Wars"un prezidenti vəzifəsindən ayrıldı

17:20 19 yanvar 2026
"Səni xoşbəxt edən hər şey yaxşıdır..." - Oşo filosof idi ya fırıldaqçı fitnəkar?

"Səni xoşbəxt edən hər şey yaxşıdır..." - Oşo filosof idi ya fırıldaqçı fitnəkar?

17:00 19 yanvar 2026
"Mirzə Cəlil Həmidə xanımla puluna görə evlənib..." - "Molla Nəsrəddin"i sarsıdan hadisə

"Mirzə Cəlil Həmidə xanımla puluna görə evlənib..." - "Molla Nəsrəddin"i sarsıdan hadisə

16:41 19 yanvar 2026
İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na  layiq görüldü

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

16:21 19 yanvar 2026
Tanınmış aktyordan  süni intellektə qarşı hüquqi addım

Tanınmış aktyordan süni intellektə qarşı hüquqi addım

16:15 19 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər