"Məscid tikəcəyik" deyib pul yığanlar – Quldurları niyə sevirik?

"Məscid tikəcəyik" deyib pul yığanlar – Quldurları niyə sevirik?
21 iyun 2025
# 18:50

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Həmidə Cavanşir "Xatirələrim" kitabında yazırdı ki, o dövrdə dolanışıq ağır olduğu üçün bəzi cavanlar dağlara çəkilib quldurluq edirdilər. Cəmiyyət də bu quldurlara simpatik baxardı.

Deyəsən, cəmiyyət quldurlara və dələduzlara, yəni uzun yoldan getməyib problemləri qısa yoldan həll edən, "shortcut" istifadə edən şəxslərə indi də böyük simpatiya ilə yanaşır.

Dünən çox uzun müddətdir görmədiyim bir tanışı gördüm. 90-cı illərdəki ortaq tanışlardan danışdıq. V. adlı şəxs universitetlərə tələbə qəbul etdirmək adıyla xeyli insanı aldatmışdı. Bu mexanizmi çox kiçik detallarına qədər düşünmüşdü, xeyli müddət nöqsansız işləyib yaxşı pul qazanıb.

Başqa bir dələduzluğu "Parapet bağı söküləcək, yerində məscid tikiləcək" layihəsi idi. Məscidin kiçik maketlərini hazırlamışdı, 20 günəmuzd işçi kəndləri gəzib məscid inşası üçün ianə yığırdılar. Yığılan vəsaitdə onu aldatmasınlar deyə, ianə verənlərə imzalı kağız verirmiş, kağızın sayına görə marketinq departamentinin gün ərzində neçə nəfərə bu ideyanı satdığını kontrol edirmiş. Vədi belə imiş ki, kim ianə verirsə, məscidin divarına onun da adı yazılacaqmış.

Hətta ümumiyyətlə, mövcud olmayan "qırmızı civə" alverində də xeyli beh alıbmış.

Zamin Hacının bugünkü yazısında "universitetə düzəldəcəm, işə düzəldəcəm" adıyla n qədər insanı aldatmış bir dələduzun məhkəməsindən bəhs edilir.

Məhkəmə xəbərlərini oxuyanda eyni mövzulu dələduzluq epizodlarının hələ də üstünlük təşkil etdiyini görmək olur.

Bizim camaat niyə pul qazanmaqda, işə qəbulda qanun-qaydaya etimad etmirlər?

Qanunlara və bacarıq əsaslı qiymətləndirməyə bu şübhə özünü hər sahədə göstərir.

İstanbuldan təyyarəynən gələn qəttəzə şeyxnəsrullar "Qadınların işləmək hüququ ləğv edilsin" deyir, "Ura!" deyib dəstəkləyirlər. "Məktəblər bağlansın, uşaqları təriqət kurslarına göndərilsin" deyir, "Yaşa, UCA Alim" deyə dəstəkləyirlər.

Niyə bütün anti-mütərəqqi çağırışları cəmiyyət ürəklə dəstəkləyir?

Dələduzluq haqqında iki misal.

- Biri keyfiyyətli dələduzluqdur. Dost və qardaş ölkədən biri, çox tanınmış beynəlxalq şirkətin yerli şöbəsinə gəlir. "Üç ay sonra qlobal audit olacaq. Siz auditdən keçmək üçün filan və filan məhsullardan istifadə etməlisiniz, şirkətin qaydaları belədir" deyir. Sonra sırf kömək üçün laqeydcə İstanbuldakı öz şirkətinin kartını verir. Adi kimyəvi maddələri çənlərə doldurur, üstünə xarici etiketlər yapışdırıb külli miqdarda satır.

- Bu nümunə də "yerli-milli" dələduzluqdur. Bir şirkət pandemiya dövründə dövlətdən dəstək alır, bütün rəsmi səhifələrdə "Dövlətimizə təşəkkür edirik, biz də etimadı doğruldub pandemiya dövründə işçilərimizin marağını qorumağa and içirik!" yazır.

Trollarına təlimat verir ki, şirkətin votsap qrupunda "Bu çətin günlərdə şirkət naminə maaşdan imtina etməyə, maaşsız çalışmağa könüllü qərar veririk!" yazsınlar.

Sonra özü qrupa yazır ki, "Lap kövrəldim, siz bütün maaşınızdan keçməyin, hamı fədakarlıq etsin, maaşları 50% azaldaq, məcburuq". Elə həmin pandemiya dövründə yeni obyektin açılışa hazır hala gətirir.

Bizdə bir qayda var:

Tutaq ki, anlaşırsan, "Bu 3 işi görəcəm, sən də mənə 5 manat verəcəksən". Anlaşdıqdan sonra qarşı tərəf əlindən gələni edir ki, ya 3 işə 4 manat versin, ya da 5 manat verirsə, 4 iş gördürsün.

Müqavilə şərtlərini öz xeyrinə poza bilmirsə, içinə sinmir, rahat olmur, özünü aldadılmış hiss edir.

Eyni ssenari üzrə dələduzluq halları artan tempdə davam edir. Görünür, vətəndaş qəzet oxumadığı üçün bunlardan xəbəri olmur.

# 2130 dəfə oxunub

Oxşar xəbərlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." -  Tanınmış ingilis yazıçıdan aforizmlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." - Tanınmış ingilis yazıçıdan aforizmlər

13:30 14 iyun 2026
Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu  nədə ittiham edirdilər?

Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu nədə ittiham edirdilər?

11:30 14 iyun 2026
Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər