Sən saydığını say, gör sayğac nə sayır?

Sən saydığını say, gör sayğac nə sayır?
12 oktyabr 2012
# 16:44
Xəbər saytları artdıqca kimin daha çox “tık” alması, kimin daha çox reklam qazanması məsələsi də gündəmə gəlir. Aydın məsələdir ki, hər bir sayt çalışır ki, onu ziyarət edənlərin sayı çox olsun. Belə olduğu halda reklam qazanmaq imkanı da artır. Ona görə də saytlar arasında daha çox “IP müharibəsi” gedir.

IP nədir və nə işə yarayır?

IP “Internet Protocol Address” – sözünün qısaltmasıdır. İnternet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı olur. Digər bütün kompüterlər bu IP-ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP-ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Telefon ilə internetə girən istifadəçilərin IP-ünvanları çox vaxt dinamikdir, yəni servis provayderdə həmin anda boş olan bir IP-ünvanı internetə girən kompüterə verir. Buna görə də hər internetə girəndə IP-ünvanların bir hissəsi dəyişir.

Statik IP ünvanları olan kompüterlərdə IP-ünvanları dəyişmir. Server olan kompüterlər üçün statik IP istifadə edilir. Yəni bir şirkətdə eyni serverə qoşulmuş 50 kompüter varsa, onlar hansısa bir sayta daxil olanda bu bir IP kimi qeydə alınır.

IP-ni necə hesablayırlar?

Bunun üçün saytlar müxtəlif sayğaclardan istifadə edirlər. Belə sayğaclar saytlarda gəzişən zaman mütləq sizin qarşınıza çıxacaq. Siz hansısa bir sayta daxil olub aşağıda balaca sayğac görə bilərsiniz. Orda bir neçə rəqəm olur. Sayta gün ərzində daxil olan İP-ləri, açılan səhifələrin sayını göstərir. Bu cür sayğaclarda əvvəllər daha çox istifadə olunurdu. Daha sonra bəlli oldu ki, belə sayğac heç də etibarlı mənbə sayıla bilməz.

İnternet mütəxəssisi Osman Gündüz də Kulis.az-a suallarına cavab verərkən bildirir ki, sayta giriş statistikasını əldə etmək üçün müxtəlif növ sayğaclar istifadə edilə bilər: “Bunlardan ən etibarlısı “Google analytics”dir. Məhz reklam verənlər də “Google analytics”in göstəricilərinə istinad edirlər”.

O.Gündüz deyir ki, statistika təkcə sayta giriş sayını özündə ehtiva etmir: “Sayta daxil olanlar ən çox hansı səhifələrə tıklayılar. Sayta ən çox hansı ölkələrdən daxil olurlar. Hansı brauzerdən istifadə olunur? Sayta daxil olanlar ən çox sayta hansı mənbədən girirlər – Facebookdan, Googledan, yoxsa birbaşa?”

Osman Gündüz bildirdi ki, göstəricilərdə mühüm məsələ unikal IP-dir: “Bütün dünyada ənənə belədir ki, şirkətlər unikal IP-ə üstünlük verirlər. Yəni böyük bir şirkətdən 100 nəfər sayta daxil olarsa, burada bir IP sayılır. Unikal IP deyildikdə bu nəzərdə tutulur”.

Digər bir mütəxəssis idə deyir ki, texnologiyaları daha inkişaf etmiş hesab olunur. Üstəgəl digər sayğaclara müdaxilə etmək texniki baxımdan mümkündür. Amma “Google analytics” şəffaflığı ilə seçilir. Çünki ora heç bir müdaxilədən söz gedə bilməz.

Reklamlar

Bu suala cavab tapmaqçün saytlara reklam verən şirkətlərdən biri ilə - “Nürgün Motors” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, onlar reklam verərkən bir çox məsələlərə üstünlük verirlər. Bunlardan birincisi saytın ölkədəki imicidir. Ola bilər ki, çoxlu girişi olan bir saytdır, ancaq imici ürəkaçan deyil. Biz reklam verəcəyimiz saytlara əvvəlcə press-relizlər veririk. Sonra isə həmin press relizlərə oxunma sayına baxırıq. Bundan əlavə saytın yenilənmə ritmi də bizim üçün önəmlidir. Daim yenilənməyən saytlar bizim marağımızı cəlb etmir”.

Adını çəkdiyimiz şirkət də “analytics” statistikasına üstünlük verir. Şirkətin marketinq şöbəsindən bildirdilər ki, sayta qoyulan bannerə tıklama sayı minimum 300 olmalıdır.

Elmin H.
# 2437 dəfə oxunub

Oxşar xəbərlər

“Freaky Friday”nin davamı gəlir

“Freaky Friday”nin davamı gəlir

18:50 1 avqust 2025
“Ulduz”un iyul-avqust sayı dərc edildi

“Ulduz”un iyul-avqust sayı dərc edildi

18:40 1 avqust 2025
Erkən xristianlığın mərkəzi olan  şəhər aşkarlandı

Erkən xristianlığın mərkəzi olan şəhər aşkarlandı

18:23 1 avqust 2025
Tanınmış teatr rejissoru vəfat etdi

Tanınmış teatr rejissoru vəfat etdi

16:45 1 avqust 2025
"Görən, bu çöllərdə kimim var mənim?"  - Arif Babayevlə vida mərasimindən reportaj

"Görən, bu çöllərdə kimim var mənim?" - Arif Babayevlə vida mərasimindən reportaj

16:43 1 avqust 2025
"Yarım qalmış şeir" - Yeni hekayə

"Yarım qalmış şeir" - Yeni hekayə

16:00 1 avqust 2025
# # #