Rövzəxanlar: Nanə və İlham Mirzəyev

Rövzəxanlar: Nanə və İlham Mirzəyev
8 aprel 2011
# 12:05
Rus rejissoru Pavel Lungin müsahibələrindən birində deyir: „İndi elə zamandır ki, rahatca „Siz Tanrıya inanırsız“ sualını verirlər.
Hərçənd bu intim sualdır.

Və ya asanlıqla digər sualı ünvanlayırlar: „Siz həyat yoldaşınızla yatırsız? Məni belə suallar yox, məhz onlara cavab verilməsi təəccübləndirir. Bu isə çox ürəkbulandırıcıdır“.

Düz sözə nə deyəsən...

Azərbaycan efirində şou əhli göz yaşı axıdır, hönkürür, kecmiş həyatlarındakı – əslində özgə adamın bilməyinin gərəkmədiyi intim məqamları, hadisələri, publikaya komplekssiz - filansiz danışıb onlardan mərhəmət umur, həm də şübhəsiz ki, özünürekalma işləyirlər.

****

Teleməkanda müğənnniləri daha çox ağladan iki aparıcıdır.
Bunlardan birincisi hec şübhəsiz ki, onları etirafa məcbur edib və etiraf etdirə-etdirə də ağladan İlham Mirzəyev, digəri isə onun yolunu uğurla davam etdirən Nanə Ağamalıyevadir.

N.Ağamalıyevanın aparıcısı olduğu proqramda müğənni Nadir Qafarzadə əski həyatında necə əziyyətlə „perojki“ satmasından, İlham Mirzəyevin verilişində isə Göyçək Fatimə nə zamansa restoranlarda oriyental rəqs edib çörək pulu qazanmasından danışıb ağladılar.

Ayaqda dayanmaq üçün perajki satmağı və ya oriyental rəqsi faciə səviyyəsinə qaldıran, eyni zamanda bu peşələri ailələrini saxlamaq yolunda fədakarlıq kimi dəyərləndirib, göz yaşı axıtmaq yumşaq desək, spekulyasiyadır.

Nəinki ölkəmizdə, dünyanın başqa yerlərində də pul qazanmaq
üçün soyuqda, istidə, gözləri doyunca yuxu görməyən, „perojki“, şirniyyat satan və ya rəqs edən nə qədər insan var.

Bəs onlar necə olsun?

Üstəlik, onların əksər hallarda Nadir və ya Fatimə kimi bəxti gətirmir, firavan həyata qovuşa bilmirlər. Amma nə ağlayır, nə də kədərlərini bölüşürlər.

Hələ onu demirəm ki, onlarla tanınmış Hollivud ulduzlarının çoxu vaxtilə ofisant isləyib, küçə süpürüb, pərakəndə ticarətə məşğul olub, ağır işdə çalışıb, ac da qalıb, ciblərində bir sentləri də olmayıb.
Amma onların müsahibələrində bundan faciə düzəltdiyini görməmişəm. Sadəcə olanları həyatın reallığı kimi qəbul edirlər.
Aktrisa Odri Hepbern (Audrey Hepburn) ikinci dünya müharibəsi zamanı aclıqdan əziyyət çəkib, veteranlar evində tibb baclsı işləmək məcburiyyətində qalib.

Hepbern keçmişini ağlayaraq xatırlamırdı, o, bütün çətinliklərə baxmayaraq, müharibə illərində uşaqlığın sevincini də yaşamağa çalışdığını deyirdi.

Madonna isə ilk dəfə Nyu Yorka gələndə onun cibində bir qəpiyi də olmayıb və o bir müddət yoxsulluq içində yaşayıb.

Çətinliklərə rəğmən müğənni müsahibəsində deyir: “Bu mənim həyatımda ən cəsarətli addım idi“.

****

Tanınmış insanın öz həyat təcrübəsini milyonlara paylaşması əslində normaldır. Amma bunu bayağı, ucuz melodramaya çevirəndə ya Nadir Qafarzadə, ya da Göyçək Fatimə olursan.
Bayağı görünməmək üçün arabir dünyaca məşhur adamların memuarlarını oxumaq gərəkir.

Məsələn, İnqmar Berqmanın „Laterna magika“sını.
# 3507 dəfə oxunub

Oxşar xəbərlər

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

15:10 24 fevral 2026
“Vicdanın susduğu gecə”  adlı anım tədbiri keçirildi

“Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirildi

14:30 24 fevral 2026
Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
"Met Gala 2026"in mövzusu açıqlandı

"Met Gala 2026"in mövzusu açıqlandı

13:40 24 fevral 2026
Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi

12:36 24 fevral 2026
Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

12:20 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər