"Dəli Kür ömrü" çapdan çıxıb

"Dəli Kür ömrü" çapdan çıxıb
14 fevral 2020
# 15:38

Tanınmış şair-publisist Elçin İsmayılın Xalq yazıçısı İsmayıl Şıxlı haqqında yazdığı “Dəli Kür ömrü” kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, kitabda ədib haqqında müxtəlif illərdə müxtəlif müəlliflər tərəfindən yazılmış xatirə yazıları və elmi məqalələr toplanılıb.

Yeni nəşr Prezident İlham Əliyevin “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq çap edilib. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunmuş kitabda Xalq yazıçısının keçdiyi mənalı və zəngin yaradıcılıq yolu müxtəlif ölkələrdə yaşamış və yaşayan dövlət və elm xadimlərinin, şair, yazıçı və ayrı-ayrı incəsənət xadimlərinin yazdıqları xatirələr əsasında ərsəyə gəlib.

“Dəli Kür ömrü” kitabı Azərbaycan oxucularına Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Bu, əsl faciə idi”, ulu öndər Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün Qazax salnaməsi”, Səməd

Vurğunun xatirələri toplanmış “Deyilən söz yadigardır”, müxtəlif illərdə yazdığı şeirlərin toplandığı “Dünya məni qəbul elə”, “Daha payızdandı” adlı publisist və şeir kitablarının müəllifi kimi tanınan şair-publisist Elçin İsmayılın kitabsevərlərlə doqquzuncu görüşüdür.

Qeyd edək ki, kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 4937 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər