“Azərbaycan” jurnalının yeni sayı

“Azərbaycan” jurnalının yeni sayı
7 yanvar 2020
# 13:09

“Azərbaycan” jurnalının 2019-cu ilin son - 12-ci nömrəsi işıq üzü görüb.

Jurnalın “Poeziya” rubrikasında Əlizadə Nuri, Rəfail Tağızadə, Kəmalə Abiyeva və Yusif Həsənbəyin şeirləri oxuculara fərqli ovqat vəd edir.

Nəsrdə isə “Aydın Talıbzadə” imzası bu dəfə son dərəcə maraqlı “Ramana” romanının birinci kitabı ilə bir təkrarsız zövq yaşadacaq. Vüsal Nurunun “Qaraqaşlı” romanının davamını gözləyənlərin intizarına son qoyulsa da, Qarabağa yol davam edir.

Dekabr nömrəsində unudulmaz şairlər Sərdar Əsəd, Məmməd Aslan yad olunur. Ədəbiyyatşünas alim Vaqif Yusifli “Dünya, səndən kimlər keçdi...” təəssüfü ilə onları yad edib.

Şair Vaqif Bəhmənli “Düşüncələr”də müasirinə üz tutub deyir ki: “Yaddaş aynasını hər gün sil, keçmiş bir az da aydın görünəcək”.

Günel Natiq qaradərili ilk Nobel mükafatı alan qadın Toni Morrisonu oxuculara təqdim edir.

“Ömrün dolaylarında”kı tanış sima” - Aleksandr Qriç Bakı nostaljisini andırır.

Ədəbiyyatşünas alim Nizami Tağısoy Tofiq Bayramdan dinlədiyi ustad tövsiyəsini tərcüməçilərlə bölüşür. Xanəhməd Novruzovun ziyalı nigaranlığı ana dilinə biganəliklə bağlıdır.

Ənənəvi “Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında Baba Babayev Nəsimi yaradıcılığını araşdırır: “...Arada xar olmasın”.

Hüseyn Hüseynli böyük Hüseyn Cavidin kodlarını açmağa çalışır: “İnsan gah bir şeytan, gah bir mələkdir”. Allah hamımızı şeytan xislətlilərdən qorusun!

Aynur Həsənova “Repressiya və ədəbiyyat” mövzusunda yazıb.

Yola saldığımız ilin “Biblioqrafik yaddaş”ı işinizi asanlaşdıracaq. 2019-cu ildə jurnalda dərc olunmuş materiallarla bağlı bütün məlumatlar bir arada yer alıb. /azertag.az/

# 3262 dəfə oxunub

Oxşar xəbərlər

Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək

Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək

18:04 12 fevral 2026
“Yeni ədəbiyyatı tanıyaq” layihəsində “Rəng mühəndisi”  romanı müzakirə ediləcək

“Yeni ədəbiyyatı tanıyaq” layihəsində “Rəng mühəndisi” romanı müzakirə ediləcək

17:25 12 fevral 2026
Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

17:10 12 fevral 2026
Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi - Foto

Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi - Foto

16:06 12 fevral 2026
Enes Batur saxlanıldı

Enes Batur saxlanıldı

15:30 12 fevral 2026
"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

14:50 12 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər