Vulf Dornun Bakıda kitab təqdimatı keçiriləcək

Vulf Dornun Bakıda kitab təqdimatı keçiriləcək
24 yanvar 2023
# 12:30

Almaniyanın bestseller yazıçısı Vulf Dorn Azərbaycanda kitab təqdimatı keçirəcək.

Kulis.az xəbər verir ki, ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi və ˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı iləkeçiriləcək imza günü və yazıçının dilimizə yeni tərcümə olunmuş ˝21 kölgə yoldaş˝ kitabının təqdimatı 2 gün davam edəcək.

İlk imza günü 4 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Park Akademiya˝, ikinci imza günü isə 5 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Gənclik Mall˝ filiallarında baş tutacaq.

Tədbir bütün iştirakçıların kitabları imzalananadək davam edəcək. İmza günündə iştirak sərbəstdir və heç bir qeydiyyat tələb olunmur.

Azərbaycanda imza günü keçiriləcək Vulf Dorn psixoloji triller janrında yazdığı əsərlərlə təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir. O, 2009-cu ildə yazdığı ilk romanı “Psixiatr”la məşhurlaşıb. Əsərləri 10-dan çox dilə tərcümə olunan Vulf Dornun ˝Psixiatr˝, "Şizofrenik", "Oyunbaz", "Fobiya", ˝21 kölgə yoldaş˝ romanları ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş yazıçı hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur.

Müəllifin kitablarını ˝LIBRAFF˝ kitab mağazalarından əldə edə və ya onlayn sifariş verə bilərsiniz.


# 749 dəfə oxunub

Oxşar xəbərlər

˝Ramiz Rövşən mükafatı˝ müsabiqəsinin qalibləri bəlli oldu - Video

˝Ramiz Rövşən mükafatı˝ müsabiqəsinin qalibləri bəlli oldu - Video

18:00 29 mart 2023
"Ramiz Rövşən mükafatı" müsabiqəsinin nəticələri elan olundu

"Ramiz Rövşən mükafatı" müsabiqəsinin nəticələri elan olundu

17:21 29 mart 2023
“Kitab rəfini bizimlə yenilə!” - “Libraff”da kampaniya

“Kitab rəfini bizimlə yenilə!” - “Libraff”da kampaniya

13:25 18 mart 2023
Maraqla oxuyacağınız bioqrafik kitablar - Siyahı

Maraqla oxuyacağınız bioqrafik kitablar - Siyahı

17:00 17 mart 2023
TEASS Press Nəşriyyat Evi yeni nəşr olunan kitablarını açıqladı - Siyahı

TEASS Press Nəşriyyat Evi yeni nəşr olunan kitablarını açıqladı - Siyahı

17:10 14 mart 2023
Qəhrəmana çevrilən tanımadığımız qadınlar - Reportaj

Qəhrəmana çevrilən tanımadığımız qadınlar - Reportaj

09:05 10 mart 2023
# # #