2025-ci ilin 18 aprel - 4 may tarixlərində “Trabzon Beynəlxalq Teatr festivalı” keçirilir.
Kulis.az xəbər verir ki, bu barədə Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev məlumat verib.
Onun sözlərinə görə, festivalda yerli teatrlarla bərabər Gürcüstan, Özbəkistan və Azərbaycan da iştirak edir.
- Gənc Tamaşaçılar Teatrında "Antiqona" tamaşasının premyerası keçirilidi
- Məşhur reperi öldürən şəxsə 60 il həbs cəzası verildi
- "Müsəlman milli şurasının da üzvləri ermənilər idi..." - Flora Xəlilzadə
“Bu festivalda Azərbaycanı Gəncə Dövlət Milli Dram Teatrı Ə. Nesinin “Toros canavarı” tamaşası ilə təmsil edir.
Teatr 19 aprel tarixindən 19 nəfərlik heyətlə Trabzon şəhərindədir. “Toros canavarı” pyesinin tamaşası 25 aprel yerli vaxtla saat 20:00-da “Hamamızade İhsan bey kültür merkezi”nin səhnəsində nümayiş olunacaq”.
Qeyd edək ki, Anar Ərtoğrul Burcəliyev bildirib ki, yaradıcı kollektiv 26 aprel 2025-ci il tarixində vətənə dönəcək.