“Diriliş Ərtoğrul”un aktyoru axtarışa verildi - Azərbaycanla bağlı çağırışlarına görə

“Diriliş Ərtoğrul”un aktyoru axtarışa verildi - Azərbaycanla bağlı çağırışlarına görə
20 oktyabr 2026
# 12:00

Ötən gün Baş Prokurorluq Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini radikalizm zəminində zorakılığa çağırışlar etdiklərinə görə Türkiyədə yaşayan 7 nəfəri beynəlxalq axtarışa verib.

Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarışa verilən şəxslərdən birinin aktyor Abdurrahman Tumer olduğu müəyyənləşib.

Azərbaycan əleyhinə çağırışları ilə gündəmə gələn A.Tumer həm də şair, yazıçı, ssenarist və televiziya şərhçisidir.

O, daha çox “Diriliş Ərtoğrul” tarixi serialındakı Bey obrazı ilə tanınır.

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən Türkiyədə fəaliyyət göstərən bir sıra şəxslər müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə ölkəmizə qarşı dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar yaymalarına görə barələrində beynəlxalq axtarış elan edilib. Onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcək.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər