Amerikalı model Sindi Krouford sentyabrın 20-də Kaliforniyada 27 yaşında vəfat edən oğlu Presli Qerberin ölümündən bir ay sonra ailəsinin yaşadığı dərin kədəri bölüşüb.
Kulis.az xəbər verir ki, o, sosial şəbəkə hesabında oğlunun ağ-qara fotosunu paylaşaraq hisslərini ifadə edib.
"Dəyərli övladımı itirdiyim üçün çox kədərliyəm. Onun xarakteri, nəzakəti və həssaslığı ilə fəxr edirik", - deyə Krouford qeyd edib.
Xatırladaq ki, 1999-cu ildə Kaliforniyada anadan olan Presli Qerber anası və bacısı kimi modellik fəaliyyətinə başlamış, hələ 16 yaşında ikən İtaliyanın məşhur "Moschino" brendini təmsil edərək podyuma çıxmışdı.
Son illərdə sosial şəbəkə paylaşımlarında psixoloji problemləri və maddə asılılığını açıq şəkildə dilə gətirən gənc model Kaliforniyadakı reabilitasiya mərkəzində vəfat etmişdi.