Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq

Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq
23 fevral 2026
# 17:11

Martın 1-5-də Sumqayıt Dövlət Dram Teatrımda yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanmış “Gəlinlərin savaşı” adlı yeni tamaşanın premyerası olacaq.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorları isə Ümüd Abbaszadə və Ləman Məmmədlidir.

Quruluşçu rəssamı Osman Salmanov olan səhnə əsərində musiqi tərtibatını sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev hazırlayıb, rejissor assistenti isə Fazilə Rzayevadır.

Səhnə əsəri ailə münasibətlərini yumor prizmasından təqdim edir: üç ərköyün gəlinlə sülhsevər qayınana arasında baş verən gərgin, lakin əyləncəli qarşıdurmalar tamaşaçılara həm güldürəcək, həm də düşündürəcək. Müdrik qayınana zəka və təmkinlə vəziyyəti nəzarətə alaraq ailədaxili harmoniyanı bərpa edir. Tamaşa ailədaxili münasibətləri komediya janrında təqdim edərək həm əyləncəli, həm də düşündürücü səhnə həlli vəd edir.

Tamaşada Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, eləcə də aktyorlar Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Emil Həmidov və Şəhriyar Aşkəri rol alıblar.

# 70 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər