“Pişiyin evi” tamaşasının məşqlərinə başlanıldı

“Pişiyin evi”  tamaşasının məşqlərinə başlanıldı
6 iyul 2026
# 13:00

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Marşakın “Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Müşfiq Elmanoğlu, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatı Zaur Rəşidov, rejissor assistenti Nəsibə Canəliyeva, xoreoqraf Vüsalə Babayevadır.

Tamaşada Günel Məmmədova, Elşən Şıxəliyev, Mətləb Abuşov, Araz Pirimov, Nuranə Vaqifqızı, Zümrüd Quliyeva, Hüseyn Bayramov, Venera Abbasova, Tahir İsmayılov, Xaliq Bəkirov, Ümman Budaqov, Asya Atakişiyeva və Aygün Fətullayeva iştirak edirlər.

Tamaşa azyaşlılara dostluğu, xeyirxahlığı müsbət keyfiyyətlər kimi aşılayaraq, lovğalığın, təkəbbürün zərərverici xüsusiyyətlər olmasını göstərir. Həyatda var-dövlətin əbədi olmadığını təqdim edən səhnə əsəri ibrətamiz mesajları ilə bu günlə də səsləşir, aktuallığını qoruyur.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər