Dünyaca məşhur küçə sənətçisi Benksi İngiltərə Ali Məhkəmə binasına çəkdiyi "Protestçiyə çəkiclə vuran hakim" əsəri ilə sənətsevərləri təəccübləndirib.
Kuliz.az xəbər verir ki, kimliyi hələ də gizli qalan sənətçi bu dəfə də sosial və siyasi mesajlarla dolu əsəri ilə gündəmə gəlib.
Onun İngiltərə Ali Məhkəmə binasına çəkdiyi rəsm bir tərəfdən sənət aləmində maraq doğurarkən, digər tərəfdən də ictimai müzakirələrə səbəb olub.
Qeyd edək ki, əsərin üzəri sonradan məhkəmə təhlükəsizliyi səbəbilə metal lövhələrlə örtülüb.