Kulis.az Fuad Cəfərlinin “Allahdan məktub” şeirini təqdim edir.
(Sabir Yusifoğlunun əziz xatirəsinə)
Mənim ən böyük sirrimin ismi insandı,
ən güclüm isə qarışqa.
İnsanlar bir bu sirrə vazeh olmağı bacarmadı,
bir də özündən ağırı qaldırmağı.
Bütün sözlər 
ömründə bircə dəfə qanad çırpar,
"Ol" misalı, dodaq misalı.
...və beləliklə əbədiyyət başlar,
sonrasında gələr quşlar və daşlar.
Yalnız Yusifin oğlu 
dünya adlandırdığınız quyuma düşüb 
sonra qurtula bilərdi!
Axı o şair idi, axı o...
Hamınızı əfv edirəm!