"Yerdə bir ruh itmiş bədənini axtarır..." - Yunan şairdən "Səhər saatlarının baxışı"

"Yerdə bir ruh itmiş bədənini axtarır..." - Yunan şairdən "Səhər saatlarının baxışı"
2 sentyabr 2026
# 17:00

Bu gün yunan şair, psixoanalitik Andreas Embirikosun doğum günüdür.

Kulis.az onun "Səhər saatlarının baxışı" şeirini təqdim edir.


Ürəyimizin döyünən göyərçini bunu hər yana səpələyir,
Çayların göz yaşları durmadan axır.
Bunlar gizlədilməz səadətin göz yaşlarıdır,
Çoxdan ağ leyləklərin məskən saldığı göllərdir bunlar.
Şəkər qamışlığında heç bir cənub-qərb küləyi əsmir,
Atəş səslərindən buludlar aralanıb yuxarıda —
Korvetlərin yelkən açdığı
Daha incə qatlara yüksəlsə belə...
Yerdə bir ruh itmiş bədənini axtarır,
Onu oğurlamış dərənin havası,
Gizlədən dumanları daha da qatılaşdırır...
Gölün xəzinələri oyanıb, dərinliklərdə
Yosunlar tərpənirlər...
Bir dəniz meduzası dünənkü şəffaflıq üçün ağlayır —
O şəffaflıq ki, ilk balıqçı işığı ilə qış gəlməmiş
Kimsə mayakı yandırmağı düşünməzdən öncə geri dönəcək...
Sarışın bir qadının gələcəyini düşündüyü həmin mayakın altında
Mayak gözətçisi əyilib onun dodaqlarından öpür,
Dənizçilərin öz Simpleqadlarını öpdüyü kimi...

*Simpleqad - Qədim yunan mifologiyasında arqonavtların yolunu kəsən, bir-birinə çırpılan üzən qayalardır. Dənizçilərin onları öpməsi metaforası təhlükəli və çətin səfərdən sonra qovuşulan qurtuluşu, sevgini simvollaşdırır.

Rus dilindən sətri tərcümə: Aydan Ağayeva

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər