"Könüldən düşən insan unudulmağa məhkumdur..." - Necip Fazıl Kısakürek

"Könüldən düşən insan unudulmağa məhkumdur..." - Necip Fazıl Kısakürek
25 may 2026
# 12:30

Bu gün türk şair, mürəfəkkir Necib Fazıl Kısakürekin anım günüdür.

Kulis.az onun aforizmlərini təqdim edir.

Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur.

***
Ağlaya bilsəydiniz, anlaya bilərdiniz...

***
Axmaqlıq yoluxucudur.

***
Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.

***
Allah var lakin bizim ondan, tək soruşulduğu zaman xəbərimiz var!

***

Bir millətin dili ilə oynamaq onun həyatı ilə oynamaqdır.

***

Biz ayaqları şişənə qədər namaz qılan peyğəmbərin gözləri şişənə qədər yatan ümmətiyik.

***
Diz çök ey nəfs, qabağımda diz çök.

***
Elə insanlar vardır ki; kanalizasiyaya düşsələr, kanalizasiyanı çirkləndirərlər.

***
İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan qorx.

***
İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir. Ağrısını o an yaşanar, yoxluğunu ömür boyu.

***
Qadın qəbiristanlığa girəndə başını bağlayır, çölə çıxanda açır, ölüyə bağlayıb, diriyə başını açmaq ağlasığmazdır.

***
Qula qulluq etmə! Unutma ki, sən də qulsan. Və lazım olduğundan çox əhəmiyyət vermə! Yoxsa, unudularsan.

***
Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım, tək sənə möhtacam.

***
Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, zibilləri isə ancaq pişiklər və itlər qarışdırar!

***
Ölkələr pulsuzluqdan deyil, əxlaqsızlıqdan çökərlər.

***
Sevdalın bu dağı deş desə, qaçar, deşərsən! İş Allaha gəldimi, gücün yox, səndələyərsən!

***

Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz…

***
Tərəddüd etsən ayaqların səni daşımaz. Gedəcəyəm de və get!

***
Tumurcuq dərdində olmayan ağac - odundur.

***
Verən də o, alan da o, nədir səndən gedəcək? Təlaşını görən, can sənindir zənn edəcək.

***

Yolumun qaranlığa batan nöqtəsində, sanki məni gözləyən bir xəyal görürəm.

# 141 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər