İstanbul Baş Prokurorluğunun apardığı narkotiklə bağlı istintaq çərçivəsində ünvanında tapılmayan müğənni Yusuf Güney bu gün polis tərəfindən saxlanılıb.
Kulis.az xəbər verir ki, ifadəsi alınan sənətçinin qan analizi götürüldükdən sonra sərbəst buraxılması nəzərdə tutulur.
Qeyd edək ki, dekabrın 18-də aparılan əməliyyat zamanı saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sonradan azadlığa buraxılıblar. Bir sıra tanınmış şəxslər isə ölkə xaricində olduqları üçün barələrində axtarış qərarı çıxarılıb. Axtarılanlar arasında iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı da yer alır.