Aprelin 3-ü Kitabevim.az kitab marketində gənc şair Vəfa CANın “Tanrım, məni unutma” şeirlər və esselər kitabının təqdimat və imza mərasimi keçiriləcək. Kulisin məlumatına görə “XAN” nəşriyyatında işıq üzü görən kitaba müəllifin müxtəlif vaxtlarda qələmə aldığı şeirlər və esselər toplanıb.
Tədbirdə tanınmış ədəbiyyat və incəsənət adamlarının iştirakı gözlənilir.
Vəfa CAN (Məmmədova Vəfa Məmməd qızı) 1987-ci ildə anadan olub. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA-Menecment fakültəsini bitirib.
- Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim”
- Qızıllarını tualetdə gizlətdi, hər gün döyüldü, evində ölü tapıldı – Ölümünü əvvəldən bilən Əməkdar artistimiz...
- Xalq artistinin həyat yoldaşı vəfat etdi
“Tanrım, məni unutma” müəllifin ilk kitabıdır.