Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu
23 oktyabr 2026
# 16:30

Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində Xalq Şairi Musa Yaqubun uşaq şeirlərindən ibarət “Gül bağçası” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, "İpəkyolu" nəşriyyatının "Nar uşaq nəşrləri" tərəfindən işıq üzü görən nəşrin təqdimatı əsl poeziya bayramına çevrilib.

Tədbirdə şairlər, yazıçı və ziyalılar — Seyran Səxavət, Baba Vəziroğlu, Yaşar Əliyev, Rəfail Tağızadə və başqaları çıxış edərək Musa Yaqub yaradıcılığının bənzərsizliyindən və onunla bağlı xatirələrindən bəhs ediblər.

Təqdimat boyunca şairin "Dəyirman", "Həsrət adası", "Burda" kimi məşhur əsərləri və şeirləri səsləndirilib, uşaqların və mədəniyyət xadimlərinin canlı ifaları dinlənilib.

Şairin qızı Yaqut xanım və digər ailə üzvləri tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə, "İpəkyolu" nəşriyyatına və bütün iştirakçılara minnətdarlıqlarını bildiriblər.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər