Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi
6 oktyabr 2026
# 14:27

Xalq artisti və aparıcı Ofeliya Sənani xəstəxanaya yerləşidirilib.

Kulis.az bildirir ki, bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Məlumatda bildirilib ki, diktorun bud sümüyü sınıb:

"Oktyabrın 5-də saat 18:15-də 85 yaşlı Ofeliya Sənani Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bud sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında oktyabrın 5-də saat 21 radələrində digər tibb müəssisəsinə təxliyə olunub".

Qeyd edək ki, Xalq artistinin yaşadığı evdə yıxılaraq, xəsarət aldığı iddia olunur.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər