Azərbaycan Alban-Udi Xristian Dini İcmasının nümayəndələri Laçın rayonu ərazisində yerləşən Ağoğlan monastırını ziyarət ediblər.
APA-nın yerli müxbiri xəbər verir ki, dini icma üzvləri monastır ərazisində şamlar yandırıb, dualar oxuyub və şəhidlərin xatirəsini anıblar.
Alban-Udi Dini İcmasının sədr müavini Rafiq Danakari bildirib ki, 2020-ci ildən sonra icma üzvləri azad edilmiş ərazilərdə yerləşən dini abidələri mütəmadi olaraq ziyarət edirlər.
O qeyd edib ki, icma üzvləri Ağoğlan monastırını ilk dəfə 2021-ci ilin fevral ayında ziyarət ediblər: "O zaman da Azərbaycan torpaqlarında bir daha müharibə olmaması, bu yerlərdə hər zaman sülh və əmin-amanlığın hökm sürməsi üçün dua etmişdik".
Sədr müavini vurğulayıb ki, Azərbaycan xalqı sülhsevər, multikultural, tolerant və qonaqpərvərliyi ilə seçilir: “Bizim heç kimin torpağında gözümüz yoxdur və istəyirik ki, bizim də torpaqlarımızda kiminsə gözü olmasın. Azərbaycan torpaqları həm də müqəddəs torpaqlardır. Burada olan monastırlar, kilsələr, məscidlər Azərbaycan xalqının irsi, mədəniyyətidir”.
***
12.47
Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Laçın rayonunda yerləşən Ağoğlan Monastırını ziyarət edirlər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, icma nümayəndələri monastırda dini ayinlər icra edib, dualar oxuyublar.