Türkiyədə İstanbul Saat Festivalı keçiriləcək

Türkiyədə İstanbul Saat Festivalı  keçiriləcək
29 sentyabr 2026
# 13:00

Türk Saat Klubunun təşkil etdiyi "İstanbul Watch Festival" (“İstanbul Saat Festivalı”) oktyabrın 10–11 tarixlərində baş tutacaq.

Kulis.az xəbər verir ki, Dünya Saatçılıq Gününə təsadüf edən və təxminən min kvadratmetrlik ərazidə keçiriləcək festival saat həvəskarlarını, kolleksiyaçıları, ustaları və dizaynerləri bir araya gətirəcək.

30-dan çox beynəlxalq saat brendinin iştirak edəcəyi tədbir proqramı dörd əsas istiqamətdən – emalatxanalar, mühazirələr, canlı sənətkarlıq nümayişləri və brendlərin yeni modellərinin təqdimatından ibarət olacaq.

Tədbirin xüsusi qonaqları arasında hiperrealist saat rəsmləri ilə tanınan macar rəssam Tamas Feher də yer alacaq.

Qeyd edək ki, təşkilatçılar bu festival vasitəsilə saatçılığı yalnız texniki sahə kimi deyil, zəngin zərgərlik, dizayn və kolleksiya mədəniyyəti müstəvisində təqdim etməyi hədəfləyirlər.

# 60 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər