Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi
26 noyabr 2026
# 18:32

24 noyabr 2026-cı il tarixində İstanbulun Cemal Reşit Rey (CRR) Konsert Zalında tanınmış azərbaycanlı dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirilib.

Kulis.az xəbər verir ki, Əyyub Quliyev tədbirdə Türkiyənin tanınmış musiqi kollektivlərindən olan Cemal Reşit Rey Simfonik Orkestri ilə çıxış edib.

Konsertin solisti isə tanınmış türk arfa ifaçısı Merve Kocabeyler olub.

Qeyd edək ki, konsertdə Türkiyənin tanınmış mədəniyyət xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər