"Game of Thrones" serialının (“Taxt oyunları”) kainatı yeni layihələrlə böyüməyə davam edir.
Kulis.az xəbər verir ki, "Warner Bros." şirkəti seriyanın ilk tammetrajlı bədii filmi olan "Aegon’s Conquest" (“Aeqonun fəthi”) ekran əsərinin 6 iyun 2029-cu ildə kinoteatrlarda nümayiş olunacağını rəsmən elan edib.
Bual Uillimonun ssenarisi əsasında ərsəyə gələn filmin rejissor kürsüsündə Ouens Harris əyləşib.
Ekran əsəri Tarqaryen sülaləsinin hakimiyyətə gəlişi və Fateh Aeqonun öz əjdahasının belində Vesterosu fəth etməsi prosesindən bəhs edəcək.
Qeyd edək ki, filmin çəkilişlərinin 2028-ci ildən gec olmamaqla başlaması, aktyor heyətinin isə gələn ilin sonlarına doğru açıqlanması planlaşdırılır.
“Taxt oyunları” serialının filmi çəkiləcək