Tarantino Hollivudu sərt tənqid etdi

Tarantino Hollivudu sərt tənqid etdi
5 iyun 2026
# 11:00

Rejissor Kventin Tarantino yeni müsahibəsində Hollivudu sərt tənqid edib.

Kulis.az xəbər verir ki, "Sight & Sound" jurnalına müsahibəsində "Oskar" mükafatı laureatı heç bir müasir filmi sevə bilmədiyini etiraf edib.

Məşhur rejissor Hollivudu "sosiska fabriki" adlandıraraq məyusluğunu bu cür ifadə edib:

"Yarımçıq işlər, qeyri-inandırıcılıq, tamaşaçılara yarınmaq, uğursuz seçilmiş aktyorlar və başqa axmaqlıqlar adətən vaxtilə özünü Hollivud adlandıran sosiska fabrikindən çıxan hər yeni filmi korlayır".

Rejissor son altı ildə sadəcə bir neçə filmi, o cümlədən "West Side Story" və "Horizon" ekran işlərini bəyəndiyini, lakin heç nəyin onu, həqiqətən, valeh etmədiyini deyib:

"Məni xəyallarımdakı sehrli həzzlər diyarına apara biləcək heç nə yox idi. Əvvəllər mən mütəmadi olaraq orada olurdum, elə buna görə də kino sənətini bütün digər incəsənət növlərindən daha çox sevirdim. İndiki vaxtda isə bunun əvəzinə kitab oxumağa üstünlük verirəm".

Qeyd edək ki, hazırda Tarantino dünya premyerası 2027-ci ildə Londonun "West End" teatrında baş tutacaq yeni pyes üzərində işləyir.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər