Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşdü - Ölən və xəsarət alanlar var

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşdü - Ölən və xəsarət alanlar var
17 aprel 2024
# 10:00

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

# 349 dəfə oxunub

Müəllifin son yazıları

# # #