Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə
1 oktyabr 2026
# 17:00

Con Stitin eyniadlı elmi-fantastik romanı əsasında ekranlaşdırılan "Manhattan Transfer" serialı tamamilə süni intellekt vasitəsilə ərsəyə gətirilən ilk televiziya layihəsi kimi tarixə düşüb.

Kulis.az xəbər verir ki, "Skyrocket Studios" tərəfindən istehsal edilən ekran işində Li Meycors və afroamerikalı aktrisa Nişell Nikols kimi əfsanəvi simaların rəqəmsal surətləri yer alıb.

Süni intellekt və rəqəmsal bərpa texnologiyaları sayəsində Li Meycors ekranda "6 milyon dollarlıq adam" serialındakı xarici görünüşü ilə canlandırılır.

Süjet xətti Manhetten adasının sirli şəkildə Yerdən qopardılaraq nəhəng bir kosmik gəmiyə yerləşdirilməsindən bəhs edir.

Qeyd edək ki, hazırda pilot seriyasının çəkilişlərinin üçdə biri tamamlanan layihənin yaxın vaxtlarda rəqəmsal platformalara təqdim olunması nəzərdə tutulur.

# 29 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər