“Skype” bağlanır

“Skype”  bağlanır
2 may 2025
# 10:16

"Skype" platforması mayın 5-dən etibarən fəaliyyətini dayandıracaq.

Kulis.az xəbər verir ki, bu barədə məlumat "Microsoft" şirkətinin texniki dəstək səhifəsində yerləşdirilib.

Mayın 5-dən sonra istifadəçi hesabları avtomatik olaraq "Microsoft Teams" xidmətinə köçürüləcək.

Qeyd edək ki, "Skype" 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə "Microsoft" həmin platformanı alıb. 2017-ci ildə isə şirkət "Skype"a bənzər "Teams" platformasını istifadəyə verib.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #