Skripkaçımız beynəlxalq müsabiqədə

Skripkaçımız beynəlxalq müsabiqədə
14 may 2025
# 13:00

Çexiyada “Orfeus – İlin Adamı 2020” mükafatına layiq görülmüş, hazırda Plzen Konservatoriyasında təhsil alan istedadlı skripkaçı Canel Nəcəfli İtaliyada beynəlxalq müsabiqədə çıxış edib.

Kulis.az xəbər verir ki, o, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliyada keçirilən “XVI Concorso Musicale Citta di Filadelfia” beynəlxalq musiqi müsabiqəsində ikinci yerə layiq görülüb.

Tədbir çərçivəsində Canel Nəcəfli bəstəkar Azad Əliyevin skripka üçün notlaşdırılmış “Çahargah” əsərini ifa edib.

Qeyd edək ki, istedadlı musiqiçi müsabiqənin qala-konsertində çıxış etmək üçün seçilmiş dörd ifaçıdan biri olub.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

# # #