Səməd Vurğunun əmisi nəvəsi bıçaqlandı

Səməd Vurğunun  əmisi nəvəsi bıçaqlandı
4 noyabr 2026
# 12:54

Qazaxda bıçaqlanma hadisəsi olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 33 yaşlı Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

Oxu.az-ın yazdığına görə isə bıçaqlanan Xanlar Vəkilov mərhum Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir. Məlumata əsasən hadisə söyüş üstündə baş verib. Belə ki, iddialara görə, X. Vəkilov 15 yaşlı məktəblini söydüyü üçün qarşı tərəf də ona bıçaq xəsarətləri yetirib.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər