Kanadalı məşhur müğənni Selin Dion Parisdə keçiriləcək 16 konsertlik proqramı üçün Fransaya səfər edib.
Kulis.az xəbər verir ki, sentyabrın 12-dən oktyabrın 17-dək davam edəcək şoular çərçivəsində sənətçi həftədə üç dəfə səhnəyə çıxacaq.
Bütün biletləri aylar əvvəl satılan konsertlərdə hər gecə 30 mindən çox tamaşaçının iştirakı gözlənilir.
Qeyd edək ki, nadir neyroloji xəstəlik səbəbindən uzun müddətdir səhnələrdən uzaq qalan pop ulduz Fransadakı son solo konsert seriyasını 2017-ci ildə reallaşdırmışdı.
Selin Dion səhnələrə qayıdır