Salvador Dalinin 173 avroya alınan tablosu hərraca çıxarılır

Salvador Dalinin 173 avroya alınan tablosu hərraca çıxarılır
4 avqust 2025
# 11:00

Sürrealist rəssam Salvador Dalinin 1966-cı ildə yaratdığı və uzun müddətdir itdiyi hesab edilən “Min bir gecə nağılları” seriyasına aid nadir bir sulu boya əsəri İngiltərədə təsadüfən tapılıb.

Kulis.az “Vecchio Sultano” (Yaşlı Sultan) adlı bu əsər 2 il əvvəl Cambridge şəhərindəki qaraj satışında cəmi 173 avroya alınıb.

Təqribən 38 x 29 sm ölçülü, suluboya və flomasterlə işlənmiş tablo məşhur Dali mütəxəssisi Nikolas Deskarnes tərəfindən orijinal olaraq təsdiqlənib.

Əsərin oktyabr ayında keçiriləcək hərracda 34 min 500 avroya qədər satılacağı gözlənilir.

Qeyd edək ki, tablo Kembric şəhərindəki Cheffins auksion evində satışa çıxarılacaq.

# 137 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər