Salam Sarvanın şeirləri Bolqarıstan elektron ədəbiyyat jurnalında çap olundu

Salam Sarvanın şeirləri Bolqarıstan elektron ədəbiyyat jurnalında çap olundu
8 iyul 2022
# 15:40

Bolqarıstanın “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış şair Salam Sarvanın “Yaşayış”, “Vəziyyət”, “Kişi”, “Xətlər”, “Eşq”, “Kəndirbaz”, “Körpü” şeirlərinin yayımına başlayıb.

Kulis.az xəbər verir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi və tərcüməçisi Dimitr Xristovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Literaturen sviat” elektron ədəbiyyat jurnalı müntəzəm olaraq səhifələrində Edqar Po, Frans Fyuman, Kostas Kariotakis, Xulio Kortasar, Mario Benedetti, Viktor Xara kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

# 930 dəfə oxunub

Müəllifin son yazıları

# # #