Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb
27 oktyabr 2026
# 16:30

Rusiyanın Xalq artisti Larisa Dolinanın bu ilin sonunadək konsertlərini ləğv edə biləcəyi iddia olunur.

Kulis.az xəbər verir ki, prodüser Pavel Rudçenko “aif.ru”ya açıqlamasında müğənninin çıxışlarına əvvəlki marağının qalmadığını deyib.

Belə ki, zəif bilet satışları səbəbindən konsertlər baş tutmaya bilər:

"Artıq əvvəlki kimi onu əllər üstündə gəzdirmirlər. Ola bilsin, konsertlərin ləğvi məhz biletlərin zəif satılması ilə bağlıdır".

Qeyd edək ki, bir müddət əvvəl müğənninin konsert fəaliyyətini dayandırdığı və planlaşdırılan beş çıxışını ləğv etdiyi məlum olub.

Dolina qərarı özünün verdiyini təsdiqləyib, lakin səbəbləri açıqlamayıb.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər