Rusiyada Ozzi Osbornun avtobioqrafiyasının yeni nəşri senzuraya məruz qalıb.
Kulis.az xəbər verir ki, “Bombora” nəşriyyatının 2025-ci ildə buraxdığı kitabdan narkotik istifadəsi və fişənglərdən partlayıcı hazırlamaq barədə hissələr çıxarılıb.
Eyni zamanda əvvəlki “Senzurasız avtobioqrafiya” adı dəyişdirilərək sadəcə “Ozzi. Avtobioqrafiya” edilib.
Qeyd edək ki, rok əfsanəsi Ozzi Osborn 22 iyulda, vida konsertindən qısa müddət sonra 76 yaşında vəfat edib.