Oskar mükafatlı tanınmış aktyordan Trampa sərt tənqid

Oskar mükafatlı tanınmış aktyordan Trampa sərt tənqid
16 iyun 2026
# 10:50

Oskar mükafatlı aktyor Robert De Niro Nyu-Yorkda keçirilən “Rise Up” gecəsində Donald Trampın son çıxışlarını kəskin şəkildə tənqid edib.

"Euronews" xəbər verir ki, kino əfsanəsi Trampın xalqa yönəlik bəyanatlarına cavab olaraq özünün baş rolda oynadığı 1988-ci il istehsalı “Midnight Run” filmindəki məşhur “Shut the fuck up” replikası ilə eyham vurub.

Tədbir iştirakçıları tərəfindən şüar kimi təkrarlanan bu ifadədən sonra aktyor, ABŞ-ın hazırkı siyasi vəziyyətini şiddət görən bir qadının hekayəsinə bənzədib.

De Niro Trampın və komandasının idarə etdiyi bir ölkəni sevə bilmədiyini vurğulayaraq, real və ədalətli bir Amerikanı geri istədiyini bəyan edib.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər