Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı
23 may 2026
# 12:44

Türkiyəli pop müğənnisi Tan Taşçı İzmirdə keçirilən konserti zamanı gözlənilməz hadisə ilə üzləşib. Xüsusi effektlər üçün istifadə olunan generator müğənninin üzünə doğru alov püskürdüb.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında, güclü yağış altında konsertin keçirildiyi stadionda qeydə alınıb.

Tan Taşçı səhnənin kənarına yaxınlaşaraq pərəstişkarlarının telefonunu götürmək istəyib. Elə bu anda alov püskürdən qurğu onun qarşısında işə düşüb. Müğənni qəfil geri çəkilib və saçlarından tüstü qalxmağa başlayıb.

Baş verən hadisəyə baxmayaraq, konsert dayandırılmayıb. Tan Taşçı proqramı sonadək davam etdirib.

Qeyd edək ki, bu həftə müğənni İstanbulda məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılıb. O, ifadə verdikdən sonra isə sərbəst buraxılıb.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər