Motsartın qəsri satılır - Foto

Motsartın qəsri satılır - Foto
22 noyabr 2023
# 10:14

Məşhur bəstəkar Volfqanq Amadey Motsartın Avstriyadakı qəsri satışa çıxarılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, mülk 13,1 milyon dollara qiymətləndirilir.

Dörd mərtəbəli bina 1130-cu ildə tikilib və sahəsi təxminən 2490 kvadratmetrdir. Qəsrdə kinoteatr, kitabxana, kilsə və zindan da daxil olmaqla ümumilikdə 50 otaq var.

Qeyd edək ki, Motsart sonuncu əsəri "Rekviyem"i bu qəsrdə tamamlayıb.

# 450 dəfə oxunub

Müəllifin son yazıları

# # #