“Möhtəşəm Bakı” Finlandiyada sərgilənir

“Möhtəşəm Bakı”  Finlandiyada sərgilənir
13 avqust 2025
# 15:23

Finlandiyanın Həmeenlinna şəhər kitabxanasında tanınmış azərbaycanlı rəssam Çingiz Abasovun “Möhtəşəm Bakı” adlı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərginin ”Konstitusiya və Suverenlik İli”ndə təşkil olunması xüsusi məna daşıyır. Rəssamın əsərləri doğma Bakı şəhərinin gözəlliyini, ruhunu və müasirliyini əks etdirir.

Rəssam artıq 30 ildir ki, Finlandiyada yaşayır və bu illər ərzində Azərbaycan mədəniyyətini tanıtmaqla özünü bir mədəniyyət elçisi hesab edir.

Qeyd edək ki, onun son monumental əsəri – “Qarabağ - 30 il və 44 gün” adlı tablosu 2021-ci ildə Bakıda çəkilib və İkinci Qarabağ müharibəsində qazanılan zəfərə ithaf olunub.

# 153 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər