Mil-Muğan Regional Mədəniyyət İdarəsi üzrə görüş keçirildi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi üzrə görüş keçirildi
29 aprel 2024
# 14:30

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Mil-Muğan Regional Mədəniyyət İdarəsi üzrə görüşü olub.

Kulis.az xəbər verir ki, Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə nazirliyin əməkdaşları, İctimai Şuranın rəhbərliyi və üzvləri, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin son bir il ərzində fəaliyyəti, həyata keçirdiyi layihə və tədbirlər, əldə edilən uğurlar, qarşıya çıxan problemlər və yeni hədəflər haqqında məlumat verilib.

İclasda çıxış edən mədəniyyət işçilərindən ibarət məruzəçilər fəaliyyət göstərdikləri mədəniyyət müəssisələri üzrə əldə edilən nailiyyətləri, mövcud problem və təklifləri haqqında fikirlərini bildiriblər.

Daha sonra İctimai Şuranın üzvləri və ekspertlər çıxışçıların bildirdikləri təkliflər haqqında öz fikirlərini bölüşüblər, irəli sürülən təkliflər barədə qarşılıqlı fikir mübadiləsi aparıblar. Tədbirin sonunda mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət işçiləri Fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, görüşdən sonra iştirakçılar “Hophopnamə” Kitab Mərkəzini ziyarət ediblər.

# 265 dəfə oxunub

Müəllifin son yazıları

# # #