Məşhur serialdan mahnımıza hörmətsizlik

Məşhur serialdan mahnımıza hörmətsizlik
17 sentyabr 2025
# 14:00

“Kızılcık Şerbeti” serialında “Ay saçı burma” mahnısının istifadə olunduğu səhnə və ardınca gələn soyunma görüntüləri Azərbaycanda böyük etirazla qarşılanıb.

Kulis.az Lent.az- a istinadən xəbər verir ki, izləyicilər səhnəni Azərbaycan dili və mədəniyyətinə hörmətsizlik kimi qiymətləndirərək sosial mediada sərt tənqidlər yazıblar.

Serialda Asil obrazının Azərbaycan xalq musiqisində çox sevilən “Ay saçı burma” mahnısını yüksək səslə ifa edərək həyətdə əylənən kütləni dağıtmağa çalışıb və ardınca soyunub.

Qeyd edək ki, bu səhnəyə sosial şəbəkələrdə “mahnımızla əxlaqsızca rəqs edirlər”, “Azərbaycanın ən sevilən türküsünə lağ edirlər”,” Azərbaycan musiqisini belə təqdim etməyiniz biabırçılıqdır, ayıbdır” kimi rəylər gəlib.

# 128 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər