Məşhur pianoçu Bakıda çıxış etdi

Məşhur pianoçu Bakıda çıxış etdi
12 iyun 2025
# 12:30

Bakıda Beynəlxalq Muğam Mərkəzində məşhur mərakeşli pianoçu Mahmud əl-Musauinin konserti olub.

Kulis.az xəbər verir ki, konsert Mərakeş səfirliyi tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Günü münasibətilə təşkil olunub.

Tamaşaçılara 17-21-ci əsrlərə aid klassik musiqi, o cümlədən Azərbaycan və Mərakeş bəstəkarlarının əsərləri təqdim edilib.

Tədbiri giriş nitqi ilə açan Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş çıxışında Ümumdünya Mədəniyyətlərarası Dialoq Gününün, eləcə də BMT-nin Sivilizasiyalar Alyansı çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Diplomat bu tədbirin Mərakeş ilə Azərbaycan arasında mədəni mübadiləni və dostluq əlaqələrini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, tədbirdə Azərbaycanın rəsmi şəxsləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, eləcə də tanınmış mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

# 209 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #