Aygün Kazımova ilə Röya sizin kitabınızı necə sata bilər?

Aygün Kazımova ilə Röya sizin kitabınızı necə sata bilər?
13 iyun 2025
# 11:15

Kulis.az Tural Turanın yazısını təqdim edir.

Təsəvvür edin, kitabınızı məmədanından çıxarıb oxucuya sarı atır...

İndi hansı şairi, yazıçını dindirirsən, qan ağlayır, kitablarını sata bilmədiyini deyir. Oxucu qıtlığından şikayətlənir.

A başınıza dönüm, yaxşı əsər yazmaq hələ yaxşı satış demək deyil axı?!

Kitab satışı, marketinqi yaşadığımız əlahəzrət dönəmdə ayrıca bir elm sahəsidir. Eyni zamanda, kitab satışını təşkil etmək xüsusi peşəkarlıq tələb edir.

Təəssüf ki, bizdə kitab marketinqini peşəkar səviyyədə aparan şirkətlər, qurumlar, servislər demək olar ki, yoxdur.

Bunun üçün ilk növbədə xalq olaraq trendlərimizə baxmalı, sonra mövcud trendləri öz xeyrimizə çevirməli, ardınca tabularımızı, geriləməyə sürükləyən mental baxışlarımızdan əl çəkərək biznesimizi qurmalıyıq.

Bir neçə örnək çəkim, siz də barmağınızı dişləyib, qulağınızı çəkəndən sonra yaxşı-yaxşı düşünün...

Bu gün sosial şəbəkələrin Azərbaycan trendində at oynadanlar kimlərdir? Aygün Kazımovadır, Röyadır, Afaq Aslandır, Üzeyir Mehdizadədir və bu siyahını bir qədər də uzatmaq olar. Amma vaxtınızı çox almadan birbaşa mətləbə keçmək istəyirəm.

Təsəvvür edin, kitabınız üçün bir dəqiqəlik və ya on beş saniyəlik peşəkar reklam çarxı çəkirsiniz. Öncədən ssenari, sinopsis yazmağa ehtiyac yoxdur. Aygün Kazımovanı və Röyanı götürüb gedirsiniz Novxanı çimərliyinə, həmin popstarımız da çimərlik geyimində çantasından sizin kitabınızı çıxarır, qoyur sinəsinin üstünə, başlayır oxumağa.

Bizim oxucular ağzının suyunu axıda-axıda (uşaq da bağışlasın) baxırlar həmin reklama, üz tuturlar şəhərdəki naftalin qoxulu kitab mağazalarına ki, Aygün Kazımovanın sinəsinin üstünə qoyduğu kitabı verin, pulu da bu yüzlükdən çıxın.

Hətta Aygünün, Afaqın sinəsinin üstünə qoyduğu kitabı hərracda fantastik qiymətə sata bilərsiniz.

...Və ya siz cib kitabı yazmısınızsa, onun satışı daha möhtəşəm olar. Gözünüzün önünə gətirin, hansısa iri sinəli bir aktrisa və ya model arxasını çevirir kameraya, lifçiyindən sizin kitabınızı çıxarır və ağzını ayırıb ekrandan ona baxan oxucunuza sarı atır.

Gəl indi, alıcının önünü kəs görüm, necə kəsirsən... Gülmə, məni də gülmək tutur.
İnanmırsınızsa, cəhd edin...

Bir başqasını da deyim, təsəvvür edin Üzeyir Mehdizadə çəkdirdiyi klipdə sevgilisinə sizin kitabınızı hədiyyə edir. Sonra həmin klipi öz sosial şəbəkə səhifəsində paylaşır. Pəhh... Şəhərin bütün üzü göyçək, könlü şimşək qızları üz tutacaqlar sizin kitablarınızın satıldığı köşklərə... Hələ nömrənizi tapıb sizdən Üzeyir Mehdizadənin əlaqə telefonunu istəyənlər də olacaq.

Bundan sonrasını təsəvvür etməyə nə hacət; həm kitablarınız satılacaq, həm də canınız ikimanatlıq çayxanalardan qurtaracaq. Teleqüllədə, “Seabreeze” çimərliklərində “90-60-90”lıq kef edəcəksinize...

Tutaq ki, bunlar mənlik deyil deyirsiniz. Daha “ağır-batman” bir təbliğat işi aparmaq istəyirsiniz. O da mümkündür. Məsələn, Gədəbəydə kitab satmaq istəyirsinizsə, gedirsiniz mal-heyvan bazarına, yanınızda da bir aşıq. “Yanıq Kərəmi” üstündə kitabınıza bir tərif şeiri dedizdirirsiniz. Baxın görün, yazdığınız əsərlər hansı evlərin şkaflarını suvenir kimi bəzəyir...

Naxçıvanlıya kitab satmaq istəyirsinizsə, kitabınızın üstünə bir kilo Ordubad göycəsi, şəmkirliyə satmaq niyyətiniz varsa, bir ədəd Şəmkir pomidoru qoyun. Bir sözlə, variant çoxdur, yetər ki, sizdən hərəkət, bizdən market...

Qələminizin ucundan öpürəm.

# 1921 dəfə oxunub

Oxşar xəbərlər

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

18:49 30 aprel 2026
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

17:36 30 aprel 2026
Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

17:24 30 aprel 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

17:04 30 aprel 2026
 “Magyar Rhapsody Projekt”  qrupu Bakıda çıxış etdi

“Magyar Rhapsody Projekt” qrupu Bakıda çıxış etdi

16:38 30 aprel 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

15:45 30 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər